Kateqoriyasız

U-21 millimizdən acı sonuc

Bu gün 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avro-2021-in seçmə mərhələsində növbəti oyununa çıxıb.

İdmanxeber.az-ın məlumatına görə, millimiz Mərdəkanda yerləşən “Dalğa Arena”da Gürcüstanla üz-üzə gəlib. Görüş Milan Obradoviçin yetirmələrinin ağır məğlubiyyəti ilə nəticələnib – 0:3.

Qeyd edək ki, Azərbaycan yığması qrupdakı ilk matçında Lixtenşteynə (0:1) uduzub, ikinci oyunda isə Slovakiyanı məğlub edib – 2:1.

10 sentyabr

20:30. Azərbaycan U-21 – Gürcüstan U-21 – 0:3
Qol: V.Arveladze, 45+3, İ.Buğridze, 73, G.Arabidze, 84
Qırmızı vərəqə: Hacıağa Hacıyev, 49, ikinci sarı vərəqə (Azərbaycan)
Baş hakim: Laurent Kopriva
“Dalğa Arena”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43