Ölkə futbolu

Uçuruma doğru: “Xəzər Lənkəran” lider, “Qarabağ”dan biabırçı nəticə

Azərbaycan Premer Liqasında 18 tur geridə qaldı.

İdmanxeber.com-un məlumatına görə, geridə qalan iki dövrə ərzində baş tutan 18 matçın heç birində stadiondan qarşılaşmaları canlı olaraq 10 min azarkeş izləmədi. Stadiona ən çox azarkeş gətirən matç “Xəzər Lənkəran” – “Sumqayıt” qarşılaşması oldu – 8500 tamaşaçı. 

Ümumilikdə isə Cənub klubunun Lənkəranda keçirdiyi ev oyunlarını orta hesabla 7 min azarkeş izlədi.

Daha bir maraqlı fakt isə ondan ibarətdir ki, “Xəzər Lənkəran” Bakıda keçirdiyi matçlarda da bütün klublardan daha çox azarkeş toplamağı bacardı.

18 turun ən bərbad nəticəsi isə Şüvəlanda qeydə alındı. AZAL – “Sumqayıt” matçını cəmi 150 tamaşaçı izlədi. “Qarabağ”ın “Simurq”, “Bakı”nın “Neftçi” ilə doğma meydanında keçirdiyi matçlara isə 200 azarkeş təşrif buyurdu.

Fəaliyyətini dayandıran “Araz Naxçıvan”ın ev oyunlarına isə ən pis halda 4 mindən çox azarkeş gəldi. Naxçıvan klubu “Xəzər Lənkəran”dan sonra stadionuna ən çox azarkeş toplamağı bacaran komanda idi. 

Səxavət


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43