Kateqoriyasız

UEFA 4 klubumuza pul ayırdı

2018-2019-cu il mövsümündə UEFA Çempionlar Liqası və Avropa Liqası turnirlərində iştiraka görə Avropa futbol qurumu tərəfindən ayrılmış 85 min 280 avro vəsait AFFA-nın vasitəsilə klubların hesabına köçürülüb.

İdmanxeber.az AFFA-nın saytına istinadən xəbər verir ki, “Qarabağ”a 51 min 920 avro, “Neftçi”, “Qəbələ” və “Keşlə”nin hər birinə isə 11 min 120 avro ödənilib.

“Keşlə” klubu üçün nəzərdə tutulan vəsait klubun aylıq cari xərclərini ödəmək üçün növbəti aylarda Futbolun İnkişaf Fondundan Klubun hesabına köçürüləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43