Kateqoriyasız

UEFA Abbas Hüseynovun qolunu paylaşdı

UEFA Konfrans Liqasının rəsmi tvitter hesabı “Qarabağ”la bağlı növbəti paylaşım edib.

İdmanxeber.az xəbər verir ki, səhifə iti bucaq altından vurulmuş 3 qolun videosunu yayımlanıb. “Qarabağ”ın müdafiəçisi Abbas Hüseynovun “Kayrat”ın qapısından keçirdiyi top da siyahıda yer alıb. Abbasla birlikdə HİK-dən Filip Valençiç və “Renn”in oyunçusu Kamaldin Sülemananın qolları da paylaşılıb.

Qeyd edək ki, Abbas Hüseynov “Qarabağ”ın Bakıda “Kayrat”ı 2:1 hesabı ilə məğlub etdiyi matçın 90+1-ci dəqiqəsində vurduğu qolla Ağdam təmsilçisinə qələbə qazandırmışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43