Kateqoriyasız

UEFA AFFA-nı mükafatlandırdı

Portuqaliyanın Carcais şəhərində UEFA-nın “KISS Marketing Awards 2014” tədbiri keçirilib.

İdmanxeber.com-un AFFA-nın saytına istinadən yaydığı xəbərə görə,  UEFA-nın üzvü olan 44 milli assosiasiyanın nümayəndələrinin iştirakı ilə keçirilmiş tədbirdə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası qızlar arasında 3×3 turnirinin təşkilatıçılığına yaradıcı yanaşmaya görə “Kreativlik və innovasiya” nominasiyasinda qalib elan olunub. AFFA-nı tədbirdə Marektinq və Reklamlar Şöbəsinin əməkdaşları Arzu Əsgərova və Tural Piriyev təmsil edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43