Dünyadan

UEFA Bakı Olimpiya Stadionunun qiymətini açıqladı

UEFA 2020-ci il Avropa çempionatının final mərhələsinə ev sahibliyi etməyə namizəd ölkələrin sifariş ərizələri əsasında hesabat hazırlayıb. 

İdmanxeber.com-un məlumatına görə, hesabatda 19 şəhərin imkanları təhlil edilib.

Hesabatdan məlum olur ki, Bakıda gələn il istifadəyə veriləcək Olimpiya stadionu barədə də məlumat verilir. Bilirilir ki, 69870 tamaşaçı tutumuna malik arenanın tikintisinə 710 milyon avro sərmayə qoyulub.

Bakı Olimpiya stadionu tutumuna görə, namizəd şəhərlər arasında yalnız Londondakı “Uembli” (90,652), Kardiffdəki “Millenium” (74,154) və Münhendəki eyniadlı arenadan (70,067) geri qalır. Bundan başqa stadionlardan 7-si Bakı Olimpiya stadionundan da gec hazır olacaq. Ölkəmizin imkanları barədə yüksək fikirlərin yer aldığı sənəddə azarkeşlər üçün lazımi sayda otelin olmaması çatışmazlıq kimi göstərilib.  

Çempionatın matçlarına ev sahibliyi edəcək 13 şəhərin adı sentyabrın 19-da açıqlanacaq. Hazırda namizədlərin sayı isə 19-du: Bakı (Azərbaycan), London (İngiltərə), Minsk (Belarus), Brüssel (Belçika), Sofiya (Bolqarıstan), Skopye (Makedoniya), Budapeşt (Macarıstan), Münhen (Almaniya), Kopenhagen (Danimarka), Yerusəlim (İsrail), Roma (İtaliya), Dublin (İrlandiya), Bilbao (İspaniya), Amsterdam (Hollandiya), Sankt-Peterburq (Rusiya), Buxarest (Rumıniya), Qlazqo (Şotlandiya), Stokholm (İsveç), Kardiff (Uels).


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43