Dünya futbolu

UEFA Belçika klubunu Avropa Liqasından qovdu

UEFA Belçikanın “Mexelen” klubunu sərt cəzalandırıb.

İdmanxeber.az-ın məlumatına görə, buna səbəb komandanın daxili çempionatda danışılmış oyunlarda iştirak etməsi olub.

Danışılmış oyunlarda iştirakı təsdiqlənən klubu qitə futbol qurumu Avroliqadan uzaqlaşdırmağa qərar verib.

Qeyd edək ki, Belçika Kubokunun qalibi olaraq bu mövsüm Avropa Liqasında mübarizə aparmaq hüququ qazanmış “Mexelen”i finalda uduzmuş “Gent” əvəz edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43