Kateqoriyasız

UEFA Cavid Hüseynovla bağlı qərarını verdi

UEFA Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində iyulun 30-da keçirilən “Apollon” (Kipr) – “Qəbələ” matçı (1:1) ilə bağlı qərar verib.

İdmanxeber.com-un Qəbələ klubunun saytına istinadən yaydığı xəbərə görə, qitənin futbol qurumu Larnaka şəhərindəki “Antonis Papadopulos” stadionunda baş tutan görüşdə yaşananları müzakirə edərək, müvafiq addımı atıb. Matçdakı bərabərlik qolunu vurarkən sevincini nümayiş etdirən Cavid Hüseynovun jestindən narazı qalan “Apollon”un şikayətini, həmçinin “Qəbələ”nin kapitanı ilə bağlı göndərdiyi müdafiə məktubunu dəyərləndirən UEFA kiprlilərin iddiaların əsassız hesab edib. Qurum baş verənlərin bütün təfərrüatlarını nəzərdən keçirdikdən sonra Hüseynovun cəzalandırılmamasına qərar verib.

Qeyd edək ki, “Qəbələ” və “Apollon” arasında cavab oyunu avqustun 6-da Bakıda keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43