Ölkə futbolu

UEFA-dan “Qəbələ”yə 25 min avro

UEFA Gənclər Liqasındakı çıxışına görə “Qəbələ” klubuna ödəniş edib.

İdmanxeber.az-ın AFFA-nın rəsmi saytına istinadən yaydığı xəbərə görə,  UEFA Gənclər Liqasının 2018/2019 mövsümünün ödəniş siyasətinə uyğun olaraq, qeyd olunan turnirin ikinci mərhələsində müvafiq komandası iştirak etmiş “Qəbələ” klubunun hesabına səyahət və yerləşmə ödənişi olaraq 25 min avro vəsait ödənilib.

UEFA bu məbləği AFFA-nın vasitəçiliyi ilə köçürüb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43