Ölkə futbolu

“Neftçi”nin toplanışa başlayacağı tarix açıqlandı

“Neftçi” Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Sumqayıt”la cavab oyunundan sonra istirahətə buraxılıb.

İdmanxeber.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, komanda üzvləri gələn il yanvarın 6-da bir araya gələcək. Ayın 13-dək Bakıda təlim-məşq toplanışı keçəcək “ağ-qaralar” həmin gün Türkiyəyə yola düşəcək.

Xatırladaq ki, yanvarın 13-dən 27-dək Türkiyənin Antalya şəhərindəki Manavqat bölgəsində yerləşən “The Sense De Luxe” otelində məskunlaşacaq “Neftçi” ayın 18-də “Qaz Metan” (Mediaş, Rumıniya), 23-də isə “Slovan” (Liberes, Çexiya) klubları ilə yoxlama oyunu keçirəcək. Ayın 26-dakı rəqibin adı isə açıqlanmayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43