Dünya futbolu

UEFA ilin kəşfi olan baş məşqçi və 11 futbolçunun adını açıqladı – SİYAHI

UEFA bu il Çempionlar Liqasının qrup mərhələsində çıxış etmiş komandaların 11 yeni istedadlı gənc futbolçunun və baş məşqçinin adını açıqlayıb.

İdmanxeber.com-un məlumatına görə, siyahıda aşağıda adları qeyd olunan oyunçular yer alıb:

Qapıçı: Alfons Areola (Fransa, PSJ).

Müdafiəçilər: Serji Roberto (İspaniya, “Barselona”), Samuel Umtiti (İspaniya, “Barselona”), Viktor Lindeloyf (Portuqaliya, “Benfika”).

Yarımmüdafiəçilər: Toma Lemar (Fransa, “Monako”), Coşua Kimmix (Almaniya, “Bavariya”), Renatu Sançeş (Almaniya, “Bavariya”), Rafael Qerreyru (Almaniya, “Borussiya” Dortmund).

Hücumçular: Kristian Pulişiç (Almaniya, “Borussiya” Dortmund), Andre Silva (Portuqaliya, “Portu”), Usman Dembele (Almaniya, “Borussiya” Dortmund).

Baş məşqçi: Zinəddin Zidan (İspaniya, “Real” Madrid).


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43