İdman

UEFA klublarımızın oyununun vaxtını və yerini dəyişdi

UEFA Avropa Liqasının II təsnifat mərhələsində çıxış edən komandalarımızın görüşlərinin vaxtını və yerini dəyişib.

İdmanxeber.com-un məlumatına görə, buna səbəb hər 3 komandamızın ev oyunlarının Bakıya keçirilməsidir.

Bu səbəbdən UEFA “Zirə” və “Astra” arasında keçiriləcək ilk qarşılaşmanı iyulun 13-də Rumıniyada keçirilməsinə qərar verib. Cavab görüşü isə bundan bir həftə sonra Bakıdakı “Dalğa Arena”da olacaq. “İnter” Lüksemburqun “Fola Eş” komandası ilə ilk matçını iyulun 13-də deyil, bir gün tez – 12 iyulda  “Dalğa Arena”da keçirəcək.

“Qəbələ” isə iyulun 13-də Polşa “Yagelloniya”sını “Bakcell Arena”da qəbul edəcək. Həm “İnter”, həm də “Qəbələ”nin cavab oyunu iyulun 20-də səfərdə baş tutacaq.

Qeyd edək ki, “Qarabağ” da Çempionlar Liqasının II təsnifat mərhələsində Gürcüstan “Samtredia”sı ilə ilk görüşünü Bakıda keçirəcək. Oyun iyulun 11-də Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43