Kateqoriyasız

UEFA “Legiya” – “Qarabağ” oyununa almanları göndərir

UEFA Avropa Liqasının pley-off mərhələsinin “Legiya” – “Qarabağ” oyununun hakimləri açıqlanıb.

İdmanxeber.az-ın məlumatına görə, oktyabrın 1-də keçiriləcək matçı almaniyalı hakimlər idarə edəcək.

Varşavadakı matçın baş hakimi Tobias Stieler olacaq. Ona Kristian Qittelmann və Rafael Foltin köməklik edəcək. Dördüncü hakim Daniel Şlager olacaq.

Qeyd edək ki, matç Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43