Dünyadan

UEFA Millətlər Kubokunun final mərhələsinin vaxtı açıqlandı

Futbol üzrə milli komandalar arasında keçiriləcək yeni beynəlxalq turnirin – UEFA Millətlər Kubokunun final mərhələsinin vaxtı müəyyənləşib.

İdmanxeber.com-un məlumatına görə, turnir 2019-cu il iyunun 5-9-da keçiriləcək.

İldə iki dəfə keçiriləcək və beynəlxalq yoldaşlıq görüşlərini əvəz edəcək yarışın formatı UEFA tərəfindən 2014-cü ilin dekabrında təsdiqlənib.

Qeyd edək ki, Azərbaycan millisinin də daxil olduğu 55 yığma komanda reytinqə əsasən dörd diviziona bölünəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43