Ölkə futbolu

UEFA-nın baş katibinin müavini Bakıda: “Qarabağ” – “İnter” görüşü müzakirə olundu – FOTOLAR

UEFA-nın baş katibinin müavini Teodor Teodoridis Bakıya 1 günlük səfərə gəlib.

İdmanxeber.com-un məlumatına görə, UEFA rəsmisi bu gün AFFA-nın prezidenti Rövnəq Abdullayevlə görüşüb. Görüşdə Avro-2020-nin Bakıda keçiriləcək oyunları ilə bağlı təşkilati məsələlər, regionda futbolun inkişafı və Avropa Liqasının qrup mərhələsində keçirilmiş “Qarabağ” – “İnter” oyunu müzakirə olunub.

AFFA-nın vitse-prezidenti Elşad Nəsirov və baş katib Elxan Məmmədov görüşdə iştirak edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43