Kateqoriyasız

UEFA “Qarabağ”la oyunda “Olimpiakos”a cəza verdi

UEFA  “Olimpiakos” komandasına azarkeşlərlə bağlı məhdudiyyət qoyub.

İdmanxeber.az-ın məlumatına görə, buna səbəb fanatların Almaniya “Frayburq”una 0:3 hesabı ilə uduzduqları II tur matçında pirotexniki vasitələrdən istifadə etməsi səbəb olub.

Klub 50 min avro məbləğində cərimələnib və “köhlən atlar”la görüşdə şimal tribunasına azarkeş buraxılmayacaqğına qərar verilib.

Qeyd edək ki, oktyabrın 6-da “Georgios Karaiskakis” stadionunda keçiriləcək “Olimpiakos” – “Qarabağ” görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43