Ölkə futbolu

UEFA reytinq cədvəlini açıqladı – “Qarabağ” neçəncidir ?

UEFA klubların yeni reytniq cədvəlini açıqladı

İdmanxeber.az-ın məlumatına görə, Ağdam təmsilçisinin Avroliqanın V turunda “Sportinq”ə 1:6 hesabı ilə məğlub olması sıralamadakı yerini dəyişməyib. Belə ki, “Qarabağ” əvvəlki kimi 22.000 xalla 64-68 pillələri bölüşür. “Lester”, “Feyenoord”, “Valensiya” və “Genk” təmilçimizə şərikdi.

Digər Azərbaycan klublarının da mövqeyi dəyişməyib. “Qəbələ” 163-cü sıraya şərikdi (6.250 xal). Hesabında 3.700 xal olan “Keşlə”, “Neftçi”, “Zirə” və “Kəpəz” isə 273-276-cı yerləri bölüşür.

Reytinq sıralamasına “Real” başçılıq edir. “Barselona” və “Bavariya” 2-3-cü yerləri bölüşür.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43