Dünya futbolu

Ukrayna FIFA-ya müraciət etdi

DÇ-2022-nin pley-off mərhələsi çərçivəsində Şotlandiya ilə qarşılaşmalı olan Ukrayna Futbol Federasiyası matçın təxirə salınmasını istəyir.

İdmanxeber.az-ın məlumatına görə, federasiya bununla bağlı martın 24-də keçirilməli olan qarşılaşma üçün FIFA-ya rəsmi müraciət edib.

Ukrayna Futbol Federasiyası ölkədə baş verən müharibə ilə əlaqədar matçın başqa vaxtı təxirə salınmasını istəyir.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43