Dünya futbolu

Ukrayna mətbuatı: “Vorskla” tarix yazdı”

Avroliqanın qrup mərhələsinin III turunda “Vorskla”nın səfərdə  “Qarabağ”ı məğlub etməsi Ukrayna mətbuatında da öz yerini alıb. Ukraynanın nüfuzlu Sport.ua agentliyinin oyun haqda dərc etdiyi məqalədə “Vorskla”nın möhtəşəm qələbə qazanaraq tarix yazdığı qeyd olunub. Yazıda  Ukrayna təmsilçisinin oyun boyu səbrli olaraq sonda öz istədiyinə çatdığı və baş məşqçi Vasili Kuçkanın düzgün taktika seçdiyi də bildirilib.

Digər tərəfdən sözügedən idman agentliyinin azarkeşlər arasında keçirdiyi sorğuda “Qarabağ”ın qapısına qol vuran oyunçu Valdislav Kucka matçın ən yaxşısı seçilib.

Qeyd edək ki, “Vorskla” komandası “Qarabağ”ı məğlub edərək qrupdakı ilk qələbəsini qazanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43