Dünya futbolu

Ukraynada oynayan futbolçu: “Azərbaycana söz vermişdim”

Ukraynanın “Aleksandriya” klubunun futbolçusu Emil Mustafayev yerli mətbuata müsahibə verib.

İdmanxeber.az-ın məlumatına görə, U 211 millimizin sabiq üzvü Ukrayna yığmasından imtina etməsinin səbəbini açıqlayıb. O, Azərbaycana söz verdiyini bildirib:

“Ukrayna millsindən təklif almışdım. Ancaq AFFA daha öncə məni yığmaya çağırmışdı. Ona görə yerli federasiyanın təklifini geri çevirməli oldum. Ukraynada doğulsam da, Azərbaycana söz vermişdim”.

Mustafayev Azərbaycan U-21 millisinin heyətində 2 oyuna çıxıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43