Kateqoriyasız

Ukraynadakı səfirimiz: “Qarabağ”a dəstək olmaq hamımızın mənəvi borcudur”

“Qarabağ” az öncə sabahkı “Vorskla” matçı üçün Poltavada son məşqinə çıxıb. İdmanxeber. az-ın Poltavaya ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, komandamızın son hazırlığını izləyənlər arasında ölkəmizin Ukraynadakı səfiri Azər Xudiyev də olub. “Qarabağ” rəsmiləri A. Xudiyevə komandanın formasını hədiyyə ediblər. Daha sonra A. Xudiyev oyun barəsində fikirlərini bildirib:

“Qarabağ” sabah çox çətin oyuna çıxacaq. Biz burada yaşayan həmyerlilərimizə komandamıza dəstək olmaları üçün çağırışlar etmişik. Düşünürəm ki, sabah stadionda “Qarabağ”ı 250-300-ə yaxın azarkeş dəstəkləyəcək. Hamı bilir ki, Qarabağ Azərbaycan üçün ən həssas məsələdir. Elə buna görə də “Qarabağ”a dəstək olmaq hamımızın mənəvi borcudur”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43