Kateqoriyasız

Ukraynalı mütəxəssis “Sumqayıt”da?

“Keşlə” (hazırkı “Şamaxı”) klubunun sabiq baş məşqçisi Yuri Maksimov “Sumqayıt”ı çalışdıra bilər.

İdmanxeber.az-ın məlumatına görə, “gənclik şəhəri” təmsilçisi əcnəbi mütəxəssislə danışıqlar aparır. 54 yaşlı baş məşqçi yenidən Azərbaycanda işləməyə müsbət yanaşır. Tərəflər arasında danışıqlar müsbət yekunlaşsa ukraynalı baş məşqçi ilə müqavilə imzalanacaq.

Qeyd edək ki, “Sumqayıt” bir neçə gün öncə Aləksey Baqa ilə yolları ayırıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43