Dünya futbolu

Ulduz futbolçu təhdid olundu, klubdan ayrıldı

Braziliya millisinin sabiq üzvü Villian “Korintians”dan ayrilıb..

İdmanxeber.az-ın məlumatına görə, 34 yaşlı yarımmüdafiəçinin müqaviləsi vaxtından əvvəl ləğv olunub.

O, azarkeşlər tərəfindən təhdid olunduğu üçün bu qərarı qəbul etdiyini bildirib: “Braziliyaya hədə-qorxu ilə üzləşmək üçün gəlməmişəm. Hər dəfə “Korintians” uduzanda və oyunum alınmayanda ailəm sosial şəbəkələrdə təhdid və söyüşlərlə üzləşir. Həyat yoldaşıma, qızlarıma, bir müddət sonra isə atam və bacıma hücum etməyə başladılar”.

Qeyd edək ki, Villian İngiltərədə “Çelsi” və “Arsenal” klublarının formasını geyinib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43