Kateqoriyasız

“UltraNeftçi” qayıdır

“UltraNeftçi” fan-klubu fəaliyyətini bərpa edib. Bu gün fan-klubun yeni rəhbərliyi seçilib.

Bir müddət əvvəl maliyyə problemləri üzündən fəaliyyətini dayandıran “UltraNeftçi”yə bundan sonra Orxan Siyabov başçılıq edəcək. Onunla yanaşı, İdarə Heyətinə daha 8 üzv seçilib.

Orxan Siyabov (rəhbər)

Rəşad Zalov (müavin)

Namiq Babayev (mətbuat katibi)

Laçın Abdullayev (mətbuat xidmətinin üzvü)

Eldəniz Hümbətov (Təşkilat Komitəsinin sədri)

Roman İsmayılov

Ağahüseyn Müslümov

Əhməd Mehbalıyev

İqbal Məmmədov

Qeyd edək ki, “UltraNeftçi”nin yaradıcısı Ceyhun Əzizli fan-klubun lideri seçilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43