Kateqoriyasız

Uruqvayın Suares tələbi rədd edildi

FİFA-nın İntizam Komitəsi Uruqvay Futbol Federasiyasının tələbini rədd edib.

İdmanxeber.com-un məlumatına görə, Uruqvayın tələbi Luis Suareslə bağlıdır.

Futbolçu Braziliyada keçirilən son dünya çempionatında İtaliya millisinin müdafiəçisi Corco Kyellinini dişlədiyi üçün cəzalanmışdı.

Futbolçuya verilən 9 oyunluq cəza qüvvədə qalıb. Luis Suares DÇ-2018-in seçmə mərhələsinin ilk 4 oyununda meydana çıxa bilməyəcək.

Xatırladaq ki,  Uruqvay ilk 4 turda Boliviya, Kolumbiya, Ekvador və Çiliylə qarşılaşacaq .

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43