Kateqoriyasız

“İnter” – “Atletik” matçının fit sahibi bəlli oldu

Avropa Liqasının III təsnifat mərhələsinin cavab görüşü çərçivəsində keçiriləcək "İnter" – "Atletik" (Bilbao) matçının hakimləri müəyyənləşib.

İdmanxeber.com-un məlumatına görə "İnter Arena"da keçiriləcək oyunun baş hakimi Türkiyə əsilli referi Sərdar Gözüböyük olacaq.

Ona Bas van Dongen və Patrik Lankamp köməklik edəcək.

Qeyd edək ki, "İnter" – "Atletik" matçı saat 21:00-da başlayacaq.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43