İdman

“Uypeşt” güclü rəqibdir” – Roberto Bordin

“Macarıstanın “Uypeşt” komandası kifayət qədər güclü bir kollektivdir, xüsusi ilə fiziki baxımından”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Neftçi”nin baş məşqçisi Roberto Bordin klubun rəsmi saytına açıqlamasında deyib.

İtaliyalı mütəxəssis Avropa Liqasının 1-ci təsnifat mərhələsinin püşkatmasını dəyərləndirib:”Bizim qarşımızda böyük məqsədlər var. Çalışacağıq ki, oyuna qədər komandanı fiziki cəhətdən maksimal vəziyyətə gətirib, bu dueldən qalib çıxaq”.

Qeyd edək ki, “Neftçi” “Uypeşt”lə iyulun 12-də Bakıda, iyulun 19-da isə Macarsıtanda qarşılaşacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43