Dünya futbolu

Van Persinin cəzası müəyyənləşdi

“Fənərbaxça”nın futbolçusu Robin Van Persi 3 oyunluq cəza alıb.

İdmanxeber.com-un məlumatına görə, Türkiyə Futbol Federasiyası “Beşiktaş”la oyunda (1:0) forvardın azarkeşlərə dilini göstərməsini nəzərə alaraq belə bir qərar qəbul edib.

Xatırladaq ki, oyunda yeganə qolun müəllifi holland futbolçu olmuşdu. Bundan başqa o, Toşiçin qovulmasında da əsas səbəbkar olmuşdu. Cəzadan əlavə Van Persi 5 min avro cərimə də edilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43