İdman

“Vaqif “İnter”də məşqə çıxır, ancaq müqavilə bağlaya bilmirik”

“Vaqif komanda ilə birgə məşqlərə qatılır, amma bilirsiz, transfer qadağamız var”,

İdmanxeber.com-a açıqlamasında bu sözləri “İnter”in mətbuat xidmətinin rəhbəri Səbuhi Məmmədov deyib. Bir müddət klubsuz qalan millimizin sabiq üzvü Vaqif Cavadovun “İnter”in məşqlərinə qatıldığını deyən klub rəsmisi Cavadovla qışda müqavilə bağlayacaqlarını istisna etmir: “Hələlik məşq edir də, onsuz da müqavilə bağlaya bilmirik. Qışda özünü yaxşı tərəfdən göstərsə, klubda qalacaq”.

Qeyd edək ki, Vaqif Cavadov əvvəllər “İnter”də çıxış edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43