Kateqoriyasız

Vaxtı uzadır, ver “qırmızı”nı, rədd elə” – Samir Abasov

Azərbaycan Premyer Liqasında XXIV turun “Sabah” – “Neftçi” (2:2) oyunundan sonra təşkil edilən mətbuat konfransında qonaq komandanın baş məşqçisi Samir Abasov jurnalistlərin suallarını cavablandırıb.

O, əvvəlcə matç barədə fikirlərini bildirib:

– Çox utancverici oyun oldu. 90 dəqiqənin 30 dəqiqəsini yerdə uzanmaq ayıbdı. Bu, bizim futbola yaraşmayan şeydi. Rəqibin qapıçısını illərdi tanıyırlar, amma bir çarə qılmırlar. Ümumilikdə, hamısı diqqətli olmalıdı. Hansı oyuna necə referi təyin edirlər, baxmalıdılar. Necə təzyiqli dönəmdəyik. Bu, nədi? Epizodları xırdalamaq istəmirəm. Bayraq götürəcəklər ki, üç “qırmızı” oldu. Bu nə oyundu? Başa düşürəm, komandanı yerdə uzandırırıq, bunu biz edirik. Biz o günə qoyuruq ki, uzanırlar. Bu nədi, qardaş? Hakimə epizodları göstəririk. Sən tempi qaldırırsan, o biri tempi salır. Yoxsa çıxıb hakimdən danışmalıyıq, epizodları göstərməliyik? Biz tək komandaya qarşı mübarizə aparmırıq. İstəyirik ki, necə oynayırıqsa, bizə qarşı da elə oynasınlar. Bu bir xal rəqib üçündürə, bizim üçün də heç nə bitməyib. Mən oyundan yox, ümumi ab-havadan narazıyam. Əvvəl öz oyunçularımıza söz deyirdik, indi hamıya. Hər kəs diqqətli olmalıdı. Həyəcanlı, təzyiqli dönəmlərdəyik. Bu gün Azərbaycan çempionatının nəbzini saxlayan “Neftçi”di. Biz dayansaq, nəbz də dayanacaq.

– Özünüzə və komandanıza aid hansı səhvləri qeyd edə bilərsiz?
– Heç bir səhv yox idi. Oyuna sakit başladıq. Oyun həyəcana girmişdi, son dəqiqələrdə buraxdığımız əks-hücumlar normaldı. Heç bir futbolçuma iradım yoxdu. Oyunun içində də onları sakitləşdirə bilmirdik. Necə qol vurmalıyıq ki, bu, sayılsın? Qolumuz niyə sayılmır? Bu sualın cavabı çox güman ki, sizə də maraqlıdı.

– “Neftçi”nin tək komandaya qarşı mübarizə aparmadığınızı deyirsiz. Burada AFFA və hakimləri də nəzərdə tutursuz?
– Burada AFFA və hakimlərin rolu yoxdu. Nə dediyimi hamınız yaxşı bilirsiz. Bizim üçün çox çətindi. Nəbz “Neftçi” ilə döyünür, bu intriqanı biz saxlayırıq. Bu gün qolumuz sayılmadı. Niyə biz indi növbəti oyuna həyəcanla çıxmalıyıq? Bu vaxta kimi “Sabah”ın digər komandalara qarşı belə oynadığını görməmişik. Vaxtı aparmaqla nə qazanırsız axı?

– Çempionluğun taleyi son oyuna qalacaq?
– Yarış iki komanda arasında davam edir. “Sabah”ın qapıçısını ilərdi tanıyırıq. Vaxtı uzadır, ver “qırmızı”nı, rədd elə.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43