Kateqoriyasız

Və “Xəzər Lənkəran” yayın son transferini edir

Rauf Əliyev və Əfran İsmayılov transferini uğurlu sonluqla yekunlaşdıran "Xəzər Lənkəran" bundan sonra bir futbolçu almağı hədəfləyir.

İdmanxeber.com-a klubun mətbuat xidmətindən verilən məlumata görə, Lənkəran təmsilçisi əsas problem olan qapıçı məsələsini də həll etdikdən sonra transfer məsələsində son nöqtəni qoyacaq. "Ağ-yaşıllar" yaxın günlərdə bir qapıçı ilə güclənəcək və bundan sonra başqa bir futbolçunun keçidi gözlənilmir.

Sonda onu da qeyd edək ki, hazırda qapıçı axtarışında olan "Xəzər Lənkəran" bir neçə əlcək ustası ilə danışıqlar aparır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43