Dünyadan

Visente Del Boske: “Hollandiyanı necə məğlub edəcəyimizi çözə bilmədik”

İspaniya millisini baş məşqçisi Visente Del Boske Hollandiyaya darmadağını şərh edib.

İdmanxeber.com-un məlumatına görə, ispanların çalışdırıcısı 1:5-ə rəğmənruhdan düşmədiklərini bildirib: 

“Hollandiya bizdən daha yaxşı oynadı. Əldə etdikləri qol imkanlarından yaxşı yararlandılar. Çoz zəif çıxış etdik. 

Bu oyundan sonra heyətdə böyük dəyişiklik etmək fikrim yoxdur. Hollandiyanı necə məğlub edəcəyimizi çözə bilmədik. Əsla ruhdan düşdüyümüzü fikirləşməyin. Bundan sonrakı oyunları qazanmağa məcburuq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43