İdman

Voleybol: Təmsilçimizin İsveçrə sınağı

Qadın voleybolçuların Çağırış kubokunda 1/16 final mərhələsinin cavab görüşləri bu gün keçiriləcək.

İdmanxeber.com-un məlumatına görə, kubokdakı  təmsilçimiz “Azərreyl” ilk görüşdə 3-0 hesabı ilə məğlub etdiyi “Könits”in qonağı olacaq.  İsveçrədə baş tutacaq matç saat 22:30-da start götürəcək.

Çağırış kuboku

22:30 “Könits” – “Azərreyl”

Hakimlər: Konalsi Qyoka (Albaniya), Yanita Riçter (Almaniya)

Bern İdman Zalı


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43