Dünya futbolu

“Vorskla”nın hücumçusu: “Bakıya ilk xallarımızı qazanmaq üçün gedirik”

“Vorskla”nın hücumçusu Vladislav Kulaç sabah qarşılaşacaqları “Qarabağ” oyunu barəsində ölkə mətbuatına açıqlama edib. O,  Bakıya ilk xallarını qazanmaq üçün gedəcəklərini bildirib:

“Sabah bizi çox çətin oyun gözləyir. Qrupda iki oyunda da məğlub olmuşuq. Onun gərə də bu görüş bizim üçün çox  əhəmiyyətlidir. Biz Bakıya ilk xallarımızı qazanmaq üçün gedirik. Hazırda komandada yaxşı əhval-ruhiyyə var. Ümid edirəm ki, bu səfərdən sərfəli nəticə ilə qayıdacayıq”.

Qeyd edək ki, “Qarabağ” – “Vorskla” matçı sabah saat 20:55-də Bakı Olimpiya Stadionunda keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43