Müsahibə

Vüqar Nadirov: “Böyük-kiçik yeri bilirlər, bu məni sevindirir” (MÜSAHİBƏ)

“Xəzər Lənkəran”ın yeni transferi Vüqar Nadirovun İdmanxeber.com-a müshaibəsi.

– İlk olaraq komandanın hazırlığı ilə bağlı fikirlərini öyrənərdim. 

Hazırlıq yüksək səviyyədə gedir. Daha çox fiziki hazırlığa üstünlük veririk. Artıq hər iki gündən bir oyunlarımız gəlir.

– Artıq komanda ilk yoxlama matçını keçirib və qalib gəlib. Komandanın və öz oyunundan nə dərəcədə razısan?

Şükür ki, hər şey normaldı. İlk oyun idi. Gündən-günə öz oyunumuzu tağacağıq. Əsas odur ki, burdakı cavanlar böyük-kiçik sayırlar. Mənim ən xoşuma gələn məqamlardan biridi. Əsas odur ki, bizim kollektivimiz günü-gündən daha da yaxşılığa doğru gedir.

– Səncə, bu “Xəzər Lənkəran” çempionatda hansı yerlərə ümid edə bilər?

Onu öncədən deməyim. İnşAllah yaxşı yerlər uğrunda oynayacağıq. Əsas birliyimiz olsun, qalan şeylər özü gələcək.

– Artıq yeni komandanda ilk matça da çıxdın. Komandaya uyğunlaşmaqla bağlı problemin yoxdu?

Hər şey yaxşıdı. Bundan sonra daha da yaxşı olacaq.

– Sabiq komandna “Qarabağ” 2 gün sonra Çempionlar Liqasında ilk matçına çıxacaq. Bu oyunla bağlı nə deyərdin?

“Qarabağ”a uğur diləyirəm. Yaxşı oynayaraq nəticə qazanıb ağdamlı azarkeşləri sevindirmələrini istəyirəm.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43