“Xəzər Lənkəran”la bu gün müqavilə bağlayan Vüqar Nadirovun İdmanxeber.com-a müsahibəsi.
– Yeni komandan sabiq klubun “Xəzər Lənkəran” oldu. Artıq müqavilə bağladın. Fikirlərini öyrənək.
Bəli, bu gün müqavilə bağladım. Yaxşı şeylər düşünürəm. İnşAllah bu il Lənkəran klubunun şərəfini qoruyacam.
– Niyə məhz “Xəzər Lənkəran”?
Çünki bu komandada oynamışam və birinci titulumu da burada qazanmışam. Həm çempionluq, həm də kubokun ilk sevincini Lənkəranda yaşamışam. Məhz buna görə “Xəzər Lənkəran”ı seçdim.
– Adı “Xəzər Lənkəran”la uzun müddət idi ki, çəkilirdi. Ancaq maliyyə məsələsində anlaşa bilmirdin.
Mən “Qarabağ”dan da pula görə ayrılmamışam. Hamı elə bilir pula görə getmişəm, yox. Mən oynamaq istəyirdim.
– Səni yox, klubu qınayanlar çox oldu…
Mən də istəmiridm “Qarabağ”dan ayrılım. Az deyil, 6-7 il orada oynamışam. Qismət belə imiş.
– Hazırkı komandan “Xəzər Lənkəran” əvvəlki gücündə deyil. Çempion komandadan gəldiyini nəzərə alsaq sənin üçün çətin olmayacaq?
Deməzdim, “Xəzər Lənkəran” çox yaxşı komandadı. Mən sizinlə bu məsələdə razı deyiləm.