Ölkə futbolu

Vüqar Nadirovun yeni klubu rəsmən müəyyənləşdi

“Qarabağ”ın və Azərbaycan yığmasının sabiq hücumçusu Vüqar Nadirovun “Səbail”ə keçidi rəsmiləşib.

İdmanxeber.com-un məlumatına görə, 29 yaşlı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb.

Son klubu “Qarabağ” olan təcrübəli oyunçu milli komandamızın heyətində 61 oyuna çıxıb. Vüqar Nadirov indiyədək “Karvan”, “Masallı”, “Xəzər Lənkəran”, “Qəbələ”, “İnter” kimi klubların heyətində də çıxış edib.

Qeyd edək ki, “Səbail” daha öncə Kamal Qurbanov, Emin Mehdiyev, Yamin Ağakərimzadə, Aqşin Muxtaroğlu və Raul Yaqubzadənin də transferini rəsmən açıqlamışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43