Müsahibə

Vyekoslav Tomiç iddialı danışdı: “Zaqatalada 3 xal bizim olacaq” – MÜSAHİBƏ

“Xəzər Lənkəran”ın qapıçısı Vyekoslav Tomiçin idmanxeber.com-a müsahibəsi.

– “Simurq”la oyuna hazırlıq necə gedir?

Gördüyünüz kimi komanda həvəslə hazırlaşır. Hələlik hər şey yaxşıdı və biz “Simurq”la oyuna hazırlaşdıq. Məncə yaxşı oyun olacaq.

– Zaqatala səfəri sizin üçün həmişə çətin olub. Bu heyətlə hansı nəticəyə ümid edirsiz?

Bizim çoxlu yeni oyunçularımız var. İlk oyunlar birlikdə oynamaq elə də asan olmur. Çətin olacağının fərqindəyik. Ancaq buna rəğmən 3 xal yenə də bizim olacaq.

– Ancaq iddialı heyətinizlə belə Zaqataladan xalsız qayıtdığınız oyunlar az olmayıb…

Əlbəttə, “Simurq” çətin komandadı. Onların da yaxşı heyəti var və turnir cədvəlində bizdən 1 xal qabaqdadılar. Bizi isə oyunçularımızın çoxu gəncdi. Çətin olacaq.

– “Xəzər Lənkəran”ı çempionatın qalan bölümünə hazır hesab etmək olarmı?

Hazırlaşmaq üçün bir az zamana ehtiyacımız var. Çünki az öncə dediyim kimi 4-5 futbolçudan başqa qalanları cavandı və koomandada yenidilər. Ancaq çalışacağıq ki, əlimizdən gələnin ən yaxşısını edək.

– Gəncləşdirmə siyasətinin “Xəzər Lənkəran”a nə verəcəyini ilk turda görə biləcəyikmi? Ümumiyyətlə təcrübəli bir futbolçu kimi bu gənclərdə potensial görürsənmi?

 Əlbəttə. Düzdü yeni gələn oyunçular üçün çətin olacaq. Çünki onlar ilk dəfə olaraq Premyer Liqada oynayacaqlar. Amma hər şey özlərindən asılıdı. Əgər hər şeyi ən yaxşı formada edə bilsələr uğur qazana biləcəklər. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43