Ölkə futbolu

“Xəzər Lənkəran” 1 məşqlə kifayətləndi

Noyabrın 2-də Bakıda "Neftçi" ilə qarşılaşacaq "Xəzər Lənkəran" bu gün "Tofiq Bəhramov" adına Respublika stadionunda məşqə çıxıb.
Con Toşak yetirmələrini "Böyük oyun"a əsasən taktiki planda hazırlaşdırıb. Səhər saatlarında baş tutan məşq 90 dəqiqə davam edib.
Toplu çalışmalara üstünlük verən komanda günün ikinci yarısında dincələcək. Yəni, Lənkəran klubu bu gün bir məşqlə kifayətlənib.

Xatırladaq ki, "Neftçi" – "Xəzər Lənkəran" matçı "Bakcell Arena"da keçiriləcək.
 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43