Kateqoriyasız

“Xəzər Lənkəran” 600-ə çatdı

“Xəzər Lənkəran” tarixində 600-cü qolu vurub. Bu top Topaz Premyer Liqasının IV turunun “İnter”lə qarşılaşmasına təsadüf edib.

 İdmanxeber.com-un məlumatına görə, oyunda komandanın yeganə qoluna imza atan Elnur Abdullayev klub tarixində 600-cü topun müəllifi kimi fərqlənib.

2004-cü ildə yaranan komanda 600-cü qolunu 393-cü matçında vurub. Bu qollardan 444-ü Premyer Liqada, 127-si Azərbaycan kuboku, 14-ü avrokuboklar, 13-ü Birlik kubokunda, 2-si də superkubokda qeydə alınıb.

2004/05 mövsümündə çempionata təsadüf edən “Şəfa” üzərində texniki qələbə (3:0), həmçinin 2005/06 mövsümünün kubokunda “MKT-Araz”la nəticəsi ləğv olunan oyunlar və penaltilər seriyaları nəzər alınmamaqla artıq 600 dəfə fərqlənən “Xəzər Lənkəran”ın son matçı 1:0 hesabı başa çatıb.

Qeyd edək ki, bundan əvvəlki yubiley qolu 341 gün əvvəl vurulmuşdu. 2013-cü il sentyabrın 22-də AZAL-ın qapısına yol tapan Junior Nildo 550-ci topun müəllifi kimi tarixə düşmüşdü.

Bu top Elnurun “ağ-yaşıllar”ın heyətində 11-ci qolu olub. Bununla da yarımmüdafiəçi Emeka Opara, Adrian Skarlatake və Junior Osvaldoya çatıb. Bu 4 oyunçu klubun ən yaxşı bombardirləri siyahısında 17-20-ci yerləri bölürlər. Bu siyahıya isə 44 dəfə fərqlənən Zaur Ramazanov başçılıq edir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43