Ölkə futbolu

“Xəzər Lənkəran” azarkeşlərinin diqqətinə

Premyer Liqada yaranan qış fasiləsi zamanı “Xəzər Lənkəran”ın Antaliyada keçirdiyi təlim-məşq toplantısında 10-gün müddətində komanda ilə birgə olmaq üçün bir qrup “Xəzər Lənkəran” azarkeşi Türkiyəyə yollanır.

Azarkeşlərlə iş üzrə əlaqəndirici Qurbanəli Məmmədovun 12cioyuncu.info saytına verdiyi məlumata görə “Xəzər Lənkəran”ın təlim-məşq toplantısının son on  günündə komandanın yanında olmaq və iki yoxlama oyununu izləmək istəyən azarkeşlərin səfəri təşkil olunur. Türkiyə səfərinin azarkeşlərə 550-600 manata başa gələcəyi gözlənilir. Qeyd olunan məbləğə, səfərin yol xərcləri və  otel xərcləri (gündə üç dəfə yemək və otel haqqı) daxildir. Türkiyə toplantısında komandanın yanında olmaq istəyən futbolsevərlər 15-yanvar tarixinə qədər  əlaqəndririci nümayəndəyə müraciət edə bilərlər.

Əlaqə telefonları:

050 214 21 10

055 214 21 10

070 214 21 10


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43