Ölkə futbolu

“Xəzər Lənkəran” azarkeşlərinin əsəblərini korlayacaq xəbər

“Xəzər Lənkəran” “İnter”lə oyuna ciddi itki ilə çıxacaq.

İdmanxeber.com-un özəl olaraq əldə etdiyi məlumata görə, cəzalı durumda olan Alfred Sanko və Sadio Tounkarnaın yanına bir də qapıçı Tomiç əlavə edilib. Belə ki, xorvatiyalı qapıçının zədəsi var. Əlində ağrılar hiss edən təcrübəli qolkiper bu gün “İnter”lə matçı buraxacaq.

Bununlada Cənub komandası “bankirlər”lə matça cəmi bir legionerlə – Skarlatake ilə çıxacaq.

Qeyd edək ki, “İnter” – “Xəzər Lənkəran” qarşılaşması saat 18:00-da keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43