Kateqoriyasız

“Xəzər Lənkəran” Bakıda toplaşdı

Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində martın 4-də səfərdə “İnter” klubu ilə qarşılaşacaq “Xəzər Lənkəran” hazırlıqlara start verib.

İdmanxeber.com-un məlumatına görə, komanda martın 2-də Bakıda toplanıb. Saat 14:00-da paytaxtın “New Baku” otelində bir araya gələrək  iki saatlıq istirahətə çəkilən komanda daha sonra “Dalğa Arena” stadionuna yollanaraq məşqə başlayıb. Hazırlıq prossesində Adrian Skarlatake komanda ilə birgə iştirak edib.

Qeyd edək ki, zədədən qayıdan rumın futbolçu ilə yanaşı Tural Cəlilov da artıq sağalaraq heyətə qoşulmuşdur. (12cioyuncu.info)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43