Kateqoriyasız

“Xəzər Lənkəran”: biri qələbə, bir heç-heçə və bir məğlubiyyət – VİDEO

“Xəzər Lənkəran”ın aşağı yaş qruplarının bu həftə keçirdiyi oyunları haqqında qısa xülasəni təqdim edirik.

“Xəzər Lənkəran” üçün həftə U-17 komandası (fotoda) qələbəsi ilə başladı. Doğma meydanda “Simurq”u qəbul edən Mircəlal Əliyevin yetirmələri Məhəmməd Əsədovun oyunun əvvəlindən vurduğu yeganə qolla üç xalı hesabına yazdı.

Növbəti gün U-15 komandası  “Əlincə”nin qonağı oldu və 2:1 hesabı ilə məğlub oldu. Çərşənbə günü isə U-19 Liqasında “Xəzər Lənkəran” evdə “Rəvan”la qarşılaşdı və mövsümdə ikinci heç-heçəsini oynadı – 1:1.

Həftə qələbə ilə başladığı kimi, qələbə ilə də sona çatdı. AZAL-ın qonağı olan “Xəzər Lənkəran” U-16 komandası 3:1 hesabı ilə rəqibini üstələdi. Komandamızın heyətində qolları Kamal Dənziyev, U-16 milli komandasının üzvü Yusif Həsənov və Tariyel Mirzəyev vurublar. “Xəzər Lənkəran” TV oyunun icmalını diqqətinizə çatdırır:


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43