Kateqoriyasız

“Xəzər Lənkəran” camiəsi üzüləcək: Elias transferi boşa çıxa bilər

Braziliyalı Elias hələ də “Xəzər Lənkəran”ın düşərgəsinə gəlməyib. 

Ailə problemlərini əsas gətirərək yubanan futbolçu bugünlərdə “ağ-yaşıllar”la birgə olmalı idi, ancaq Elias hələ də “Xəzər Lənkəran”a qoşulmayıb. 

Tam adı Elias Ribeyro de Oliveyra olan 31 yaşlı hücumameylli yarımmüdafiəçinin yubanması heç də yaxşı bir əlamət deyil. Əgər futbolçu yoxdursa və hələ də yeni klubuna qoşulmayıbsa, deməli o, ona gələn başqa təkliflərdən birini dəyərləndirib və ya götür-qoy edir.

Klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu idmanxeber.com-a verdiyi açıqlamada bu məsələyə belə aydınlıq gətirib:

“Elias gəlib çıxmayıb. Onun bütün şərtləri qəbul olunub klub tərəfindən və heç bir problem qalmayıb biz tərəfdən. Ancaq hələ də düşərgəmizdə deyil”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43