Ölkə futbolu

“Xəzər Lənkəran” cəbhəsinə növbəti atmaca: “Neftçi” nə milyonluq transferlər etmir, nə də milyonluq məşqçi gətirmir”

“Dünənki oyunda “Xəzər Lənkəran” qalib gəldi və ya “Neftçi” uddu, bunun heç bir fərqi yoxdu. Bu sadəcə turnir baxımından önəmlidi. Əsas ölkə futbolunun inkişafıdı. “Xəzər Lənkəran” azarkeşləri daimi olaraq klublarını Avroliqanın qrupunda görməyə layiq fanatlardı. “Neftçi” nə milyonluq transferlər etmir, nə də milyonluq məşqçi gətirmir. Biz yerlilərə güvənib, gənclərlə yolumuza davam edirik”.

Bu sözləri idmanxeber.com saytına açıqlamasında “Neftçi”nin vitse-prezidenti Tahir Süleymanov deyib.

Paytaxt klubunun rəsmisi daha sonra sözlərinə belə davam edib:

“Azarkeşlər özləri bildiridilər ki, “Mustafa Dənizli, bu cür komanda oynatmaq olmaz”. Mən sizə deyim ki, “Neftçi”nin qapısına son dəqiqələrdə bu iki topu “Xəzər Lənkəran” azarkeşləri keçirtdi. Bugün “Neftçi” və “Xəzər Lənkəran” Azərbaycan futbolunun bəzəyidi. Bu oyun ölkədə və ölkədən kənarda da böyük əks-səda doğurub. Klublarımız üçün bütün şərait yaradılıb, əgər biraz da çalışsaq hətta ÇL-in qrupunda da oynaya bilərik”.

Rəhim Həsənov “İnter”lə oyunda kobud səhvlər etdi. Onun yenidən bu oyuna təyinat alması nə dərəcədə düzgündü, anlamıram. Necə olur ki, hansısa komandanın istəyi ilə hakim təyinat almır və yaxın buraxılmır. Fariz Yusifov “Qarabağ”ın oyunlarını idarə etmir, Əliyar Ağayev isə daim “Qarabağ”ın oyununa təyinat alır. Bizim üçün hansı hakimin “Neftçi”nin oyununu idarə etməsinin fərqi yoxdur. Rəhim Həsənovun bu oyuna təyinat almasından məlum idi ki, “Neftçi”nin qarşısını alacaqlar. “Neftçi” kənardan elə bir klub deyil ki, belə maneələrlə qarşısı alınsın”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43