Ölkə futbolu

“Xəzər Lənkəran” cəzalandırıldı

İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul edilib:

Topaz Premyer Liqasının XV turunun “Rəvan” – “Qəbələ” matçının 85-ci dəqiqəsində “Rəvan” klubunun 27 №-li futbolçusu Rəşad Abdullayev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur.

Topaz Premyer Liqasının XV turunun “Simurq” – “Qarabağ” matçında “Qarabağ” klubunun 4  futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur.

Topaz Premyer Liqasının XV turunun “Sumqayıt” – “Neftçi” matçında “Sumqayıt” klubunun 5  futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur.

Oyunun 90-cı dəqiqəsində “Sumqayıt” klubunun 4 №-li futbolçusu Samir Abbasov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır, klub 4000 manat cərimə olunur.

Topaz Premyer Liqasının XV turunun “Xəzər Lənkəran” – AZAL matçında AZAL klubunun 5  futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur.

Oyunun 56-cı dəqiqəsində AZAL klubunun 20 №-li futbolçusu Branislav Arseniyeviç idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur.

Oyunun 86-cı dəqiqəsində “Xəzər Lənkəran” klubunun 55 №-li futbolçusu Ağabala Ramazanov rəqibə qarşı təhqiredici hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır, klub 2000 manat cərimə olunur.

Əvəzedici heyətlərin XV turunun “Rəvan” –  “Qəbələ” matçında “Qəbələ” klubunun 5  futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur.

Oyunun 81-ci dəqiqəsində “Qəbələ” klubunun 98 №-li futbolçusu Fərid Ağayev sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 100 manat cərimə olunur.

Oyunun 89-cu dəqiqəsində “Rəvan” klubunun 12 №-li futbolçusu Fuad Əhmədov aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır, klub 2000 manat cərimə olunur.

Matçın 90+7-ci dəqiqəsində “Qəbələ” klubunun 44 №-li futbolçusu Ramazan Həsənov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır, klub 2000 manat cərimə olunur.

Əvəzedici heyətlərin XV turunun “Simurq” – “Qarabağ” matçının 72-ci dəqiqəsində “Qarabağ” klubunun 3 №-li futbolçusu Bilal Abbaszadə idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 100 manat cərimə olunur.

Əvəzedici heyətlərin XV turunun “Bakı” – “İnter” matçının 20-ci dəqiqəsində “İnter” klubunun 20 №-li futbolçusu Elhad Nəziri əllə oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 100 manat cərimə olunur.

Azərbaycan I Divizionunun XII turunun “Neftçala” – “Turan-T” matçının 87-ci dəqiqəsində “Turan-T” klubunun 8 №-li futbolçusu Seymur Tağıyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunur.

Azərbaycan I Divizionun XII turunun “Ağsu” – “Şəmkir” matçında “Şəmkir” klubunun 4 futbolçusu sarı vərəqə cəzalandığı üçün klub 100 manat cərimə olunur.

Oyunun 67-ci dəqiqəsində “Şəmkir” klubunun 5 №-li futbolçusu Ramil İbrahimov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).

Azərbaycan I Divizionunun XII  turunun “Bakılı” – “Kəpəz” matçının 25-ci dəqiqəsində “Kəpəz” klubunun 25 №-li futbolçusu Xəyal Zeynalov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunur.

Azərbaycan I Divizionunun XII  turunun MOİK – “Karvan” matçının 86-cı dəqiqəsində MOİK klubunun 15 №-li futbolçusu Ramil Əliyevin idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılmışdır. Lakin matçın videoyazısını izlədikdə futbolçunun heç bir qayda pozuntusuna yol vermədiyini, hakimin epizodu düzgün qiymətləndirmədiyi aşkar edilmişdir. Bu səbəbdən də, İntizam Komitəsi MOİK klubunun 15 №-li futbolçusu Ramil Əliyevə göstərilmiş sarı vərəqəni ləğv edir.

Matçın 86-cı dəqiqəsində MOİK klubunun baş məşqçisi Namiq Adilovun texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanır, klub 100 manat cərimə olunur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43