Ölkə futbolu

“Xəzər Lənkəran” “dayağ”ını itirdi: 3 zərbə birdən

"Xəzər Lənkəran" Premyer Liqanın 31-ci turunda qarşılaşacağı "Qəbələ" ilə matça ciddi itkilərlə çıxacaq.

Bu barədə İdmanxeber.com-a klubun baş məşqçisi Elbrus Məmmədov açıqlamasında deyib.

Cənub komandasının çalışdırıcısı saytımıza açıqlamasında bunları deyib:

"Bu gündən məşqlərə başlayırıq. Heyyətdə ciddi itkilər var. Rahid Əmirquliyev, Alfred Sanko və Elşən Rzazadə"Qəbələ" ilə oyunda oynaya bilməyəcəklər. Hamısı da eyni mövqe oyunçusudu".

Qeyd edək ki, "Xəzər Lənkəran" – "Qəbələ" matçı aprelin 25-də keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43