Ölkə futbolu

“Xəzər Lənkəran” imtina etdi

Premyer Liqanın XVIII turu çərçivəsində dekabrın 20-də “Sumqayıt” klubunu qəbul edəcək “Xəzər Lənkəran” cari ilin son oyununa hazırlığını davam etdirir.

Bu gün səhər saatlarından etibarən Lənkəranda hava şəraitinin normallaşması “ağ-yaşıllar”ın yenidən doğma meydançada məşq etməsinə imkan verib.

Saat 11:00-da ehtiyat meydançada başlayan və saat yarım davam edən hazırlıq prosesinə bütün futbolçular qatılıb. hazırda “Xəzər Lənkəran”ın heyətində zədəli futbolçu yoxdur.

Qeyd edək ki, bir gün əvvələ qədər yağan yağışlar stadionun əsas və ehtiyat meydançalarının ot örtüyünün korlamışdı. Belə olan halda isə komanda növbəti məşqlərini Lənkəran şəhərinin İnşaatçılar məhəlləsində yerləşən idman kompleksinin süni örtüklü qapalı zalında keçirməyi planlaşdırırdı. Lakin ehtiyat meydançada məşq etmək mümkün olunca komanda qapalı zaldan imtina edib.

12cioyuncu.info


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43