Ölkə futbolu

“Xəzər Lənkəran” Lənkərana yola düşdü

Bu gün keçirilən klubdaxili iclasdan sonra “Xəzər Lənkəran” Lənkərana yola düşüb.

Klub saytına istinadən verdiyimiz xəbərə görə, iclasda qeydə alınan son uğursuz nəticələr müzakirə olunub və rəhbərlik futbolçulardan qarşıdakı oyunlarda maksimum nəticələrin əldə olunmasını tələb edib.

Günorta saatlarında Lənkərana yola düşən “Xəzər lənkəran” axşam məşqə çıxacaq və “Qəbələ” ilə oyunun hazırlığına start verəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43